012 342 10 86

İNŞAAT MƏQALƏLƏRİ

MƏQALƏLƏR

ANA SƏHİFƏ MƏQALƏLƏR

Mənzil təmirinə nədən başlamalı? mənzil təmirində santexnik, elektrik işlərinə başlayarkən nələrə diqqət etməli? Divarların üzlənməsi və döşəmənin vurulmasında nələrə diqqət etməliyik? kimi məsləhətləri daha əvvəl blogumuzda yayımlamışdıq. İndi isə Tikinti materiallarını daha ucuz nə zaman alaq? Haradan alaq? kimi suallara cavab verməyə çalışacağıq.

Tikinti materiallarını tikintinin pik vaxtlarında alınması məsləhət görülmür. Əlbəttə ki, tikinti materiallarını qış aylarında almaq daha ucuz və sərfəlidir. Bu mövsümdə temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq tikinti işlərinin intensivliyi də azalır. Tələbatın kəskin azalmasına görə daxili interyer üçün nəzərdə tutulan materiallar istisna olmaqla bir çox tikinti materiallarının qiymətləri aşağı düşür. .

Qış mövsümündə kərpic və beton məhsulları, divar kağızı, naqillər, santexnika materialları, keramika materiallarının alınması daha məsləhətdir. İstehsalçı təlabatın azalmasına görə qiymətləri aşağı salır və eyni zamanda dilerlərə böyük endirimlər təklif edir. Lakin qış mövsümünün də mənfi cəhədləri vardır. Havanın rütubətli olması ilə əlaqədar materiallar öz keyfiyyətini itirə bilər.  Sementi mütləq quru və isti şəraitdə saxlamaq lazımdır.

Tikinti materiallarını ardıcıllığa uyğun almaq lazımdır

İlk növbədə görüləcək işlərin planı hazırlanmalıdır. Plana əsasən isə tikinti materiallarını almaq lazımdır. Tikinti materiallarını plana uyğun alarkən nəqliyyat xərclərinə də diqqət etmək lazımdır. Bir gedişdə alacağınız materiallar, sizi bir neçə dəfəlik daşıma xərclərindən azad edəcəkdir. Bundan əlavə alınan materialların çoxluğu satış təmsilçisinin də böyük endiriminə təkan verə bilər.

Lakin bir gedişdə bütün materiallarında alınmasının müsbət tərəfləri kimi mənfi tərəfləri də vardır. Əgər materialları saxlayacaq xüsusi yeriniz yoxdursa aldığınız tikinti materialları mənzilinizdə təmir və tikinti işlərinin gedişatına mane ola bilər. Bundan əlavə erkən alınmış tikinti materialı, sına və ya korlana bilər.

Tikinti materiallarını haradan ucuz almaq olar?

Bunun üçün bir neçə seçim var: bu, iri tikinti mağazaları və inşaat materiallarının topdan və parakəndə satışını edən bazarlar ola bilər…

Daha bir vacib məqamı qeyd etmək istəyirik ki, tikinti materialları alarkən tələsmək lazım deyil. Hər zaman ucuz qiymət – alınmış malların keyfiyyətli olması deyil. Və həmçinin bahalı material keyfiyyətsiz ola bilər. Tikinti materialları alarkən materialların daha ucuz olmasından çox keyfiyyətli olmasına diqqət etməyinizi tövsiyəyə edirik.